TENDER

04 Mart

Sosial layihələrin təşkil edilməsi üçün tədbirlərin satınalıması - TENDER

“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs media sahəsinin inkişafı prosesində gənclərin fəal iştirakının, onların bu sahəyə dair biliklərə yiyələnməsi və sosial məsuliyyət hissinin gücləndirilməsi istiqamətində təşkil ediləcək tədbirlərin satınalıması üzrə tender elan edir.

Fins.az xəbər verir ki, iştirak haqqı 250 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

İstifadə haqqı 25 manatdır və təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

Satınalan təşkilatın VÖEN-i: 1001667391
Satınalan təşkilatın ünvanı: Bakı ş, Yasamal rayonu, Zahid Xəlilov 36

Ətraflı məlumat üçün keçiddən istifadə edin.

Fuad Mədətov
Fins.az