Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi 2023-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
Fins.az xəbər verir ki, sorğuda iştirak haqqı 13 manatdır.
İddiaçılar təkliflərini martın 15-nə qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim edə bilərlər.
Sorğunun nəticəsi martın 15-də, saat 16:00-da portalda açıqlanacaq.
Fuad Mədətov
Fins.az