TENDER

29 Fevral

"Rabitəbank" Şirvan filialında təmir işləri ilə bağlı tender elan edir

"Rabitəbank" ASC Şirvan filialında yeni əlavə yerin təmir edilməsi ilə bağlı tender elan edir. Əlavə suallarınız yaranarsa, əlaqədar şəxsin elektron ünvanına yaza ([email protected] və [email protected]) və ya telefonla (+994 51 271 48 48) müraciət edə bilərsiniz. Təklifləri imza və möhürlü şəkildə qapalı zərfə yerləşdirdikdən sonra zərfin üzərini möhürləmək, aidiyyatı tenderin adını qeyd etmək və 11.03.2024-cü il tarixi saat 12:00-a kimi "Rabitəbank" ASC-nin Baş ofisinə, Satınalmalar şöbəsinə, Bakı şəh., 28 May küç.33, AZ1010 ünvanına göndərmək lazımdır.

Qeyd:

  • İcra müddəti təklifdə qeyd edilməlidir
  • Qiymət vergi daxil göstərilməlidir (ƏDV və ya sadələşdirilmiş vergi olmasından asılı olmayaraq)
  • Dövlət qeydiyyatından keçmiş və vergi ödəyicisi olanlar müraciət etməlidir
  • Qeyd olunan sahə ilə bağlı lisenziyası olmalıdır
  • Tövsiyə məktubları da göndərilməlidir.

Tenderin texniki şərtləri haqqında ətraflı məlumatı linkə keçid edərək əldə etmək olar: //rbt.az/tndrsirvan