“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 3- cü məhəllə üzrə 92 mənzildən ibarət (2,3,4,5 otaqlı ) 4 ədəd yaşayış binalarının (3,4,5,6,7 mərtəbəli) tikintisi işlərinin satınalınması üzrə tender elan edir.
Fins.az xəbər verir ki, iştirak haqqı 2320.27 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.
İstifadə haqqı 25 manatdır və təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.
Satınalan təşkilatın VÖEN-i: 3201635961
Satınalan təşkilatın ünvanı: Ağdam şəhəri
Ətraflı məlumat üçün keçiddən istifadə edin.
Fuad Mədətov
Fins.az