Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi kənd təsərrüfatının siyahıyaalınması üzrə proqram təminatlarının satın alınması üzrə tender elan edir.
Fins.az xəbər verir ki, iştirak haqqı 450 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.
İstifadə haqqı 25 manatdır və təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır
Satınalan təşkilatın VÖEN-i: 1300189411
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, İnşaatçılar prospekti 81.
Ətraflı məlumat üçün keçiddən istifadə edin.
Fuad Mədətov
Fins.az