Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Fins.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "SR Audit Solutions" MMC-dir.
Qalib şirkətə 5 min manat ödəniləcək.
Fuad Mədətov
Fins.az