Dövlət Reklam Agentliyi 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.
Fins.az xəbər verir ki, sorğuda iştirak haqqı 104 manatdır.
İddiaçılar təkliflərini martın 4-ü, saat 10:00-a qədər Agentliyin Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 24 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə martın 4-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.
Fuad Mədətov
Fins.az