Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi 2023-cü il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.
Fins.az xəbər verir ki, tenderdə iştirak haqqı 13,5 manatdır.
İddiaçılar təkliflərini martın 12-si, saat 10:00-a qədər Agentliyin Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 48 ünvanına təqdim edə bilərlər.
Təkliflərə martin 12-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.
Fuad Mədətov
Fins.az