"Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi" MMC çap məhsullarının satınalınması ilə bağlı tender elan edir.
Fins.az xəbər verir ki, iştirak haqqı 150 manat olan tender təklifinin qiymətinin təsviri olaraq qeyd olunur ki, təklif olunan qiymətlər malların qiymət dəyərindən başqa, qanunvericilikdə müvafiq mallar üçün müəyyən edilmiş vergi, gömrük rüsumları, sığorta xərcləri, habelə nəqliyyat və digər xərclər nəzərə alınmaqla göstərilməlidir.
Satınalan təşkilatın VÖEN-i: 1307417001
Satınalan təşkilatın ünvanı: AZ1073, Azərbaycan Respublikası, Bakı şəhəri, L.Landau küçəsi, 16