TENDER

27 Mart

Laboratoriya üçün digər reaktivlərin və sərf materialların satınalınması TENDER

"Kliniki Tibbi Mərkəz" Publik Hüquqi Şəxsi Laboratoriya üçün digər reaktivlərin və sərf materialların satınalınması ilə bağlı tender elan edir.
 
Fins.az xəbər verir ki, iştirak haqqı 350 manat olan tender təklifinin qiymətinin təsviri olaraq qeyd olunur ki, Tender təklifində və qiymət cədvəlində iş vahidinin qiyməti və ümumi qiyməti göstərilməlidir. Qiymət cədvəlində göstərilən qiymətlər şərtlər toplusuna uyğun olaraq bütün xərclər nəzərə alınmaqla və şərtlər toplusunda göstərilən xidmətlərin bütün həcmini əhatə etməklə təqdim edilməlidir. İddiaçı tərəfindən təqdim olunan təklif satınalan təşkilat tərəfindən vergi, rusum və digər xərclər daxil olmaqla başa düşüləcək və qiymətləndirmə buna uyğun aparılacaqdır. Valyuta AZN ilə ifadə olunmalıdır.
 
Satınalan təşkilatın VÖEN-i: 1400727591
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi1
Daha ətraflı məlumat almaq üçün keçiddən istifadə edə bilərsiniz.
 
Zəminə Hüseyn
Fins.az