TENDER

14 Mart

Yağ-sürtkü mallarının satınalınması TENDER

Aşağı Muğan Meliorativ Sistemlərin İstismarı İdarəsi yağ-sürtkü mallarının satınalınması ilə bağlı tender elan edir.
 
Fins.az xəbər verir ki, iştirak haqqı 100 manat olan tender təklifinin qiymətinin təsviri olaraq qeyd olunur ki, müsabiqəyə təqdim olunmuş tender təkliflərinin qiymətləndirilmiş qiymətinə, yəni tender təklifinin elan olunmuş qiyməti ilə yanaşı hesab səhvlərinə düzəlişlər, təklif edilən güzəştlər, müqavilə kənarlaşmaları nəzərə alınmaqla müəyyənləşdirilmiş qiymətinə görə balların hesablanması aşağıdakı düsturla müəyyən olunur: QB = ƏTQ x 90 / TQ Burada: QB - qiymətləndirilmiş qiymətə görə bal; ƏTQ - qiymətləndirilmiş qiyməti ən aşağı olan tender təklifinin qiyməti; TQ - Təklifin qiymətləndirilmiş qiyməti. Qiymət təklifi bütün vergi və rüsumlar daxil olmaqla tender predmetinin tam həcmdə icrasını təmin etməlidir Qeyd: Hər-hansı bir meyarın qiymətləndirilməsi üçün təklifdə məlumat olmadığı halda həmin meyar üzrə təklif “0” balla qiymətləndiriləcəkdir.
 
Satınalan təşkilatın VÖEN-i:7000059241
Satınalan təşkilatın ünvanı: Salyan şəh., Aşağı Kürkənd kəndi
Daha ətraflı məlumat almaq üçün keçiddən istifadə edə bilərsiniz.
 
Zəminə Hüseyn
Fins.az