TENDER

09 Fevral

Şuşadakı keçmiş poçt binası əsaslı təmir olunacaq - TENDER

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Şuşa şəhərində yerləşən keçmiş poçt binasının əsaslı təmiri işlərinin satınalınması üzrə açıq tender elan edib.

Fins.Az-ın məlumatına görə, tenderdə iştirak etmək istəyən şirkətlər 16 mart 2023-cü il tarixinə kimi hüquqi sənədləri, 3 aprel 2023-cü il tarixinə kimi isə təklifi və təklifin təminatı sənədlərini Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yollaya bilərlər.