Azərbaycan İnvestisiya Holdinqi xidməti avtomobillərinin könüllü (KASKO) sığortası ilə bağlı açıq tender elan edib.
Fins.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.
İddiaçılar ilkin sənədləri noyabrın 30-u, saat 17:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 8-I, saat 17:00-a qədər qurumun Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 6 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə dekabrın 9-da, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.