TENDER

03 Oktyabr

Tovuzda əkin sahələrinin su təminatını yaxşılaşdırmağa 1,6 milyon manat xərc çəkiləcək

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Tovuz rayonunun Aşağı Öysüzlü kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Cəlal arxının yenidən qurulması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Fins.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Hidroxüsusitikinti" QSC-dir.

Qalib şirkətə 1 564,6 min manat ödəniləcək.