Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) İsmayıllı rayonunun Zeyvə kəndi ərazisində, Muğanlı-İsmayıllı avtomobil yolunun 16-cı kilometrində “DOST evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin tikintisi ilə bağlı elan etdiyi tendirə yekun vurub.
Fins.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalib “Euroline” QSC-dir.
Qalib şirkətə 5,5 milyon manat ödəniləcək.