Bank VTB (Azərbaycan) ASC Telegram kanalında Çat Botun yaradılması və tətbiqi üzrə AÇIQ TENDER ELAN EDİR
Tender sənədləri ilə Bankın Xətai pr., 38, Messenat Plaza, VTB Bank ASC (Azərbaycan), AZ 1008 ünvanında yerləşən ofisində tanış olmaq olar.
Tender təklifi qeyri-şəffaf, möhürlənmiş ikiqat zərfdə üzərində qarşı tərəfin möhürü ilə (qarşı tərəf fərdi sahibkardırsa, imzası ilə) təsdiq edilmiş sənədlərin siyahısı ilə 5 avqust 2022-ci il saat 16:00-dan gec olmayaraq Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr., 38 Messenat Plaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən Bankın baş ofisinə təqdim edilməlidir.
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: ən səmərəli tender təklifinə və texniki şərtlərin keyfiyyətinə.
Əlaqələndirici şəxs: Bank VTB (Azərbaycan) ASC-nin Müsabiqə (Tender) komitəsinin katibi
Fəranə Heydarova
Telefon: 012 492-00-80 (daxili nömrə: 5517)
Faks: 012 437-71-21