TENDER

24 İyun

"Azərbaycan İnvestisiya Şirkəti" sığortaçı seçir

İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC əməkdaşlarının könüllü tibbi sığortalanması üçün kotirovka sorğusu elan edib.

Fins.az xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.

İddiaçılar təkliflərini iyulun 13-ü, saat 12:00-a qədər səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Xətai rayonun, Xocalı prospekti, 37 ("Demirchi Tower" iş mərkəzi") ünvanına təqdim edə bilərlər.

Təkliflərə iyulun 14-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.