"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" Tibb müəssisələrinin istifadəsi üçün spesifik tibbi ləvazimat və sərfiyyat materiallarının satın alınması üzrə tenderə yekun vurub.
Tenderin qalibləri "Solamedical" MMC və "Azəri Med" QSC şirkətləri olub.
Şirkətlərlə müvafiq olaraq 550 min 767 manat və 601 min 730 manat həcmində, ümumi olaraq 1 mln. 152 min 497 manatlıq müqavilələr imzalanıb.