TENDER

18 Aprel

AzFinance tender elan edir

Tenderin adı: Tənzimlənən bazarda ticarət olunan Korporativ istiqrazların emitentlərinin istiqraz mülkiyyətçilərinə ödənilən faizlərin və nominal dəyərin  sığortalanması.

Tenderin elan tarixi: 18.04.2022.

Ətraflı  məlumatları Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466   ünvandan (əlaqələndirici şəxs: Ramin Nurəhmədov, telefon: 012 3103330, daxili 1078, elektron poçt ünvanı: [email protected]) ala bilərlər.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

  • tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);
  • tender təklifi.

Təkliflər 20.05.2022-tarixinə kimi  imzalanmış və möhürlənmiş  halda qapalı zərfdə  poçt vasitəsilə  (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466) ünvanına Ramin Nurəhmədov adına göndərilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 25 may 2022-ci il üzrə saat 16.00-da; Bakı şəh., Yasamal r-nu, AZ1065, N.Nərimanov pr.206/466 ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. İştirak edən nümayəndələr səlahiyyətlərini təsdiq edən sənədi (etibarnamə) mütləq şəkildə təqdim etməlidirlər.