Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") Elektron Hökumətin İnkişafı Mərkəzi 2021-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.
Fins.az xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.
İddiaçılar təkliflərini martın 10-u, saat 12:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər.
Sorğunun nəticəsi martın 11-də, saat 12:00-da portalda açıqlanacaq.