TENDER

27 Sentyabr

Yelo Bank tender elan edir

“Yelo Bank” ASC-nin Filiallarında olan kombi sisteminin dövri servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

  • Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
  • Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcəkdir:

  • Təklif ediləcək xidmətin qiyməti
  • İştirakçı şirkətin bu sahədə təcrübəsi
  • Şirkətlərin və şirkət əməkdaşlarının bu sahədə sahib olduqları sertifikatlar və lisenziyalar
  1. Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
  • Qiymət təklifi (3 cu pointdə nəzərdə tutulan tələblər və təqdim olunan kombi siyahısı əsasında təqdim olunmalıdır).
  • İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
  • Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
  • Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahələr üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)
  1. Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı
  • Tender təklifləri 06 Oktyabr 2021-ci il, Bakı vaxtı ilə saat 14:00-a qədər Bakı ş. Həsənbəy Zərdabi küç 81K ünvanına yalnız bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
  • Zərflərin hər küncü möhürlənməlidir.
  • Qiymətlər Azərbaycan manatı ilə qeyd olunmalıdır.
  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.
  • Əgər ehtiyac yaranarsa bankın əlaqəli şəxsi ilə əlaqə saxlanılıb bankın bağ sahəsinə və İnzibati binanın daxilində olan bitkilərə bağış keçirilə bilər.
  1. Tələb olunan xidmətlər
  • Qiymət təklifində Lənkaran, Bərdə, Gəncə və Sumqayıt filialları üzrə ezamiyyət xərcləri nəzərə alınmalıdır. Dirgər filiallar Bakı şəhəri ərazisində yerləşir.
  • Qiymət təklifində işçilik və material qiymətləri ayrı ayrılıqda göstərilməlidir.
  • Xidmət 24/7 şərti ilə göstərilməlidir. Servis işlərindən əlavə ehtiyac olan materiallar, ehtiyat hissələri və işçilik əlavə razılaşdırılma əsasında ödəniləcək.
  • Göstərilən xidmətlərə və istifadə edilən material və ehtiyat hissələrinə iddiaçı ən azı 12 ay müddətində keyfiyyət zəmanəti təqdim etməlidir.
  • Yeni avadanlıqların montaj və demontaj edilməsi.
  1. Ödəniş və digər şərtlər
  • Tender iştirakçıları fərqli meyarlarından irəli gələrək bir neçə təklif verə bilərlər.
  • Tender qalibi tender zamanı təqdim olunan qiymət il ərzində qüvvədə olacaq.
  • Müqavilə 1 il ərzində qüvvədə olacaq.
  • Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.
  1. Satınalan təşkilatın ünvanı

Bakı ş. Həsənbəy Zərdabi 81K,

Əlaqələndirici şəxs:

Anar Asgarzade

İnzibati və Təchizat departamentinin

Təchizat və satınalma şöbəsinin rəhbəri

+99412 981 daxili 1974

+99455 505 65 75

  •