TENDER

17 Avqust

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC tender elan edir

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının //www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə da­xil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçı­ları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 650 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekviziti

Hh- AZ33C­TRE00000000000004048501

VÖEN- 9900062371

Bank- Dövlət Xəzinədarlığı Agentliyi

Kod- 210005

VÖEN- 1401555071

M/h- AZ­41NABZ01360100000000003944

S.W.İ.F.T CTREAZ22

D-3 Büdcə təsnifatının kodu -142340

D-4 Fond-7

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri portala təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (forma 2) (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalı və tender təklifinin ümumi qiymətinin 1 (bir)faizini təşkil еtməlidir).

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması barədə arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin surəti, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri( hüquqi sənədlər notarial təsdiqlə);

- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat. Arayış Dövlət Statistika Komitəsindən alınır (son dövr üçün) ;

- iddiaçının ixtisasına aid məlumatlar (forma 3) (təsdiqedici sənədlər doldurulmuş forma 3-ə əlavə olunmalıdır);

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır . İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satına­lan təşkilata ünvanlaya bilərlər. Ten­der proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası­nın Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 7 sentyabr 2021-ci il saat 9.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 15 sentyabr 2021-ci il 9.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 16 sentyabr 2021- ci il saat 9.00-da açılacaqdır.

İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD - tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün pro­sedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası