"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyindəki "İçərişəhər" Muzey Mərkəzi 2020-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.
Sorğuda iştirak etmək istəyənlər təkliflərini mayın 24-ü, saat 15:00-a qədər qurumun yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, Böyük Qala küçəsi, 41 ünvanına təqdim edə bilərlər.
Maraqlanan təşkilatlar (012) 492-29-10 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.