TENDER

18 May

Yelo Bank tender elan edir

“Yelo Bank” ASC-nin Yeni baş ofisində keytring və restorant servisinin göstərilməsi məqsədilə açıq tender elan edir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

  • Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
  • Ödəmə qabiliyyəti olmalı;
  • Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
  • Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
  • Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcəkdir:

  • Təqdim ediləcək məhsulun keyfiyyəti
  • Təklif ediləcək məhsulun qiyməti
  • İştirakçı şirkətin bu sahədə təcrübəsi
  • Şirkətlərin və şirkət əməkdaşlarının bu sahədə sahib olduqları sertifikatlar və lisenziyalar
  1. Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
  • Qiymət təklifi (4cu pointdə nəzərdə tutulan menu-ya əsasən təqdim olunmalıdır).
  • İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
  • Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
  • Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahələr üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)
  1. Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı
  • Tender təklifləri 27 May 2021-ci il, Bakı vaxtı ilə saat 12:00-a qədər Bakı ş. Puşkin küçəsi 30 ünvanına yalnız bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
  • Zərflərin hər küncü möhürlənməlidir.
  • Qiymətlər Azərbaycan manatı ilə qeyd olunmalıdır.
  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.
  • Əgər ehtiyac yaranarsa bankın əlaqəli şəxsi ilə əlaqə saxlanılıb bankın mətbəx və restoran ərazisinə bağış keçirilə bilər.
  1. Tələb olunan xidmətlər
  • Təchizatçı şirkətdən hər hansı bir icarə ödənişi tələb olunmayacaq və qiymət təklifi təqdim olunan zaman bu nüansın nəzərə alınmalıdır.
  • Baş ofisdə mətbəx və mebel avandanlıqları mövcuddur.
  • 50 ədəd masa və 200 ədəd stul möcvuddur.
  • Diğər metbəx avadanlıqları ( boşqablar, qaşıqlar, bıcaqlar və bu kimi mallar ) təchizatçı şirkət tərəfindən təmin olunmalıdır.
  • Təchizatçı şirkət yemək hazırlanan və təqdim olunan zaman bütün keyfiyyət standartlarına və gigiyena normalarına əməl etməlidir.
  • Təchizatçı şirkət bütün əməkdaşlarını uniforma ilə təmin etməlidir.
  • İş rejimi həftə işi 5 gün saat 8:30 – 18:30 olması nəzərdə tutulur.
  1. Menu
  • Fast Food ( Hamburger, Pizza, Sandwich və.s )
  • Səhər Yeməkləri – kruassan, omlet, rollar, buterbrodlar, puddinglər, smuzi boul, meyve ve s.)
  • Ev yeməkləri ( Qreçka, Düyü, Püre, Makaron, Katlet, Langet, sote, grill )
  • Sağlam Qidalar ( Salat, Sup, buxarda bişmə yeməklər, tərəvəzlər, meyvələr və.s )
  • Ət və balıqlar (Kabablar)
  • Təchizatçı tərəfindən təklif olunan digər yeməklər
  • Şirniyyatlar
  • Kofe maşın
  • İçkilər ( soyuq, isti, kokteyllər (spirtsiz), tebii meyve şirələri )
  • Business Lunch -1 (təchizatçı şirkət tərəfindən təqdim olunmalıdır)
  • Business Lunch -2 (təchizatçı şirkət tərəfindən təqdim olunmalıdır)
  • Business Lunch -3 (təchizatçı şirkət tərəfindən təqdim olunmalıdır)
  1. Ödəniş və digər şərtlər
  • Tender iştirakçıları keyfiyyət və istehsalçı meyarlarından irəli gələrək bir neçə təklif verə bilərlər.
  • Tender qalibi tender zamanı təqdim olunan qiymət il ərzində qüvvədə olacaq. Qiymətlər maximum 1.5 faiz dəyişdirilə bilər ancaq zaman mütləq şəkildə əvvəlcədən məlumat verilməlidir və qiymət dəyişikliyi əsaslandırılmalıdır.
  • Müqavilə 1 il ərzində qüvvədə olacaq.
  • Tələb edildikdə iştirakçı müəyyən yeməklər üzrə nümunə təqdim etmək imkanına malik olmalıdır.
  • Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.
  1. Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
  • Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
  • Ödəmə qabiliyyəti olmalı;
  • Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
  • Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
  • Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı
  1. Satınalan təşkilatın ünvanı

Bakı ş. Həsənbəy Zərdabi 81K,

Əlaqələndirici şəxs:

Anar Asgarzade

İnzibati və Təchizat departamentinin

Təchizat və satınalma şöbəsinin rəhbəri

+99412 981 daxili 1974

+99455 5056575

  •