“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC “Prezident Heydər Əliyev” və “Şuşa” gəmilərinin gövdə və mexanizmlərinin sığortalanması üçün müsabiqə elan edib.
Müsabiqədə iştirak etmək istəyənlər təkliflərini aprelin 29-u, saat 18:00-a qədər səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 2 ünvanına təqdim edə bilərlər.
Maraqlanan təşkilatlar (012) 404-37-00 (daxili: 1132) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.