Tender 1 lot üzrə keçirilir
Tenderin adı: Çərəz və Yarma
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
İştirak haqqı - 100 Manat
BANKIN ADI: PREMİUM BANK 2 SAYLI FİLİALI
VOEN: 9900006241
KOD: 508267
SWIFT: AZAL AZ22
MÜXBİR HESAB: AZ70NABZ01350100000000020944
HESAB: AZ18AZAL40050000010000002000 AZN
HESAB: AZ32AZAL40150000010000002001 USD
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İştirakçılar Azərbaycan dilində (və ya beynəlxalq ticarətdə geniş istifadə olunan dildə) tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Mərdəkan Şosesi 21, ASG Business Aviation ünvandan əlaqələndirici şəxs: Kengerlinskiy İsmayil Rüfət oğlu, telefon: +994 (12) 437-47-57 (7366) , elektron poçt ünvanı: [email protected] ala bilərlər.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- Tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);
- İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- Tender təklifi (tender zərflərinin açıldığı tarixdən (14.04.2021) sonra 30 (otuz) iş günü (yəni ən azı (28.05.2021) tarixinədək) qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 1(bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətinin sonuncu günündən azı 30 bank günü çox olmalıdır (yəni ən azı 12.07.2021 tarixinədək qüvvədə olmalıdır
- İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı
- İddiaçının Azərbaycan Respublikasının vergilər və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
- İddiaçının tam adı, hüquq statusu , nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
Sənədlər 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 31.03.2021 il saat 18:00 qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 13.04.2021 il saat 18:00 qədər Bakı şəhəri, Mərdəkan Şosesi 21, ASG Business Aviation ofisin ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 14.04.2021 il saat 16:00-da “ASG Business Aviation” MMC-nin Sky Catering filialında, Bakı şəhəri Heydər Əliyev Beynəlxalq Aeroportu ünvanında yerləşən ofisində açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.