TENDER

15 Fevral

Bakı meriyası 1 milyon manatlıq texnika alır

Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti nəqliyyat və xüsusi texnikanın satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Fins.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “AZ-Tex-Import” MMC-dir.

Qalib şirkətə 912 820  min manat ödəniləcək.