TENDER

03 Fevral

Neft Fondu tender elan edir

Təşkilatın adı: AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Təşkilat VOEN: 9900041961

Təşkilatın ünvanı: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165

Tender predmeti: İnsan resurslarının idarəedilməsi (HR Management) üzrə məsləhət xidmətlərinin satın alınması

Tenderin adi: İnsan resurslarının idarəedilməsi (HR Management) üzrə məsləhət xidmətlərinin satın alınması

İnsan resurslarının idarəedilməsi (HR Management) üzrə məsləhət xidmətlərinin satın alınması

Başlıq Açıqlama Miqdar Ölçü vahidi
1 İnsan resurslarının idarəedilməsi (HR Management) üzrə məsləhət xidmətlərinin satın alınması İddiaçının işin görülməsi üzrə vəzifələri Azərbaycan Respublikası Dövlət Neft Fondu nun (bundan sonra - Fond) fəaliyyət effektivliyinin artırılması məqsədilə İnsan resurslarının idarə olunması sisteminin inkişaf etdirilməsi, təşkilati strukturda mövcud olan və planlaşdırılan işlərin və vəzifələrin analizi vasitəsilə (Job Analyse and Job Evaluation) vəzifələrin dərəcələndirilməsi (Position / Job Categories Grading for Staff), müvafiq olaraq əmək bazarında ən uyğun yanaşmanı təmin edərək əmək haqqı səviyyələrinin hesablanmasının yenidən qiymətləndirilməsi, biznesin davamlılığına əsaslanan davamçıların yetişdirilməsi mexanizmlərinin yaradılması və müvafiq proseslərin tətbiq edilməsi (Talent Management and Succession Planning), əməkdaşların fəaliyyətinin nəticələrinə əsaslanan mükafatlandırma sisteminin (Performance Management and Reward) qurulması layihəsindən (bundan sonra - Layihə) ibarətdir. Layihə aşağıdakı mərhələləri nəzərdə tutur: 1. Üst səviyyədə işçi (ştat) sayının nəzərdən keçirilməsi–iş yükünə əsasən həddindən artıq işçi sayı olan fəaliyyət istiqamətlərinin müəyyən edilməsi. 1.1. Fondun mövcud strukturunda olan vəzifələrin təhlilinin və qiymətləndirilməsinin aparılması (job analyse and job evaluation), işçi (ştat) sayının optimallaşdırılması zərurətinə yönəlmiş təhlilinin aparılması; 1.2. Mövcud biznes və İnsan resursları strategiyasının nəzərdən keçirilməsi və təhlilinin aparılması; 1.3. Oxşar təşkilatların (bençmarkinq) təhlilini aparmaq, mövcud vəziyyətin çatışmazlıqlarını və risklərini müqayisə etmək. 2. Mükafat sistemi: İşçilərin və vəzifələrin təhlili, vəzifələrin dərəcələndirilməsi, baza ödəmə sisteminin və əmək haqqı səviyyələrinin müəyyən edilməsi. 2.1. Vəzifə təhlilinin aparılması və vəzifə təlimatlarının təkmilləşdirilməsi (vəzifə təhlili üzrə beynəlxalq metodologiyanın Fonda uyğunlaşdırılması); 2.2. Vəzifə adları, kateqoriyaları və heyətlərin təkmilləşdirilməsi; 2.3. Yerli və beynəlxalq təcrübəyə əsasən Fondun mövcud strukturunda olan vəzifə səviyyələrinin (position grades) müəyyən edilməsi, qreydinq sisteminin işlənib hazırlanması, müvafiq meyarların və prinsiplərin təyini; 2.4. Yenilənmiş vəzifə qiymətləndirilməsi və dərəcələndirilməsi sistemi əsasında baza ödəmə sisteminin qurulması (base pay structure) və yeni mükafat sisteminin və formalaşdırılma siyasətinin hazırlanması; 2.5. Vəzifə səviyyələrinin və əmək haqqlarının dəyişməsi (artım) tezliyinin müəyyən edilməsi. 3. Performansın idarəedilməsi sistemi. 3.1. Performansın idarəedilməsi sisteminin əsasnamə və qaydalarının hazırlanması hazırlanması; 3.2. Performans əsaslı qısamüddətli həvəsləndirmə sxeminin (short-term incentive scheme) hazırlanması; 3.3. Fond heyəti üçün əsas səmərəlilik göstəricilərinin (KPİ-ların) hazırlanması; 3.4. Səriştə modelinin hazırlanması (competency model), davranışsal yetkinliklərin səviyyələr üzrə davranış və liderlik səriştələrinin modelinin hazırlanması; 3.5. Təlim və ünsiyət planının hazırlanması. Performansın idarəedilməsi sisteminin bütün elementlərindən səmərəli istifadə edilməsi üzrə təlimin keçirilməsi. 4. İstedadların idarə edilməsi və Davamçıların yetişdirilməsi proqramı. 4.1. İşçilərin potensialının müəyyən olunması modelinin və qiymətləndirmənin hazırlanması; 4.2. İstedadların idarəedilməsi və davamçıların yetişdirilməsi üzrə metodologiyanın təkmilləşdirilməsi: • Biznes fəaliyyət göstəricilərinə əhəmiyyətli təsir göstərən liderlik, idarəetmə və ekspert rolların müəyyən edilməsi; • Potensial davamçıların və yüksək potensiala malik işçilərin (high potential employees) müəyyən edilməsi və meyarların hazırlanması; • Potensial davamçıların və yüksək potensiala malik işçilərin mövcud çatışmazlıqlarının təhlili və fərdi inkişaf planının hazırlanması; • İstedadlar xəritəsinin və davamçıların yetişdirilməsi planlarının hazırlanması və müvafiq qaydaların müəyyən olunması. 5. Tender iştirakçılarına dair əlavə tələblər. Tender iştirakçılarına dair aşağıdakı əlavə tələblər müəyyən edilmişdir: - İcraçı layihəyə dair metodologiyanı Fonda təqdim etməli və bu barədə layihə üzrə işçi qrupuna təlim keçməlidir. - İcraçı iş prosesində mümkün ola biləcək suallar və problemlər haqqında, eləcə də işin görülməsi prosesi barədə layihə üzrə işçi qrupunu vaxtında məlumatlandırmalıdır. - İcraçı görüləcək işlərin məxfiliyinə xüsusi diqqət yetirilməli və işlərin aparılması zamanı aşkar olunacaq məlumatların Fondun dəqiq ifadə olunmuş icazəsi olmazsa, heç bir üçüncü tərəfə verməməli və müzakirə etməməlidir. - Layihə zamanı hazırlanan və Fonda təqdim olunan yekun sənədlər iki dildə (azərbaycan və ingilis) olmalıdır. - Hər bir mərhələnin əvvəlində Fondun rəhbərliyinin və aidiyyəti şəxslərin fikirləri öyrənilməli, sistemin qurulmasında yekun təkliflər müzakirə edilməli və təsdiqlənməlidir. 1 ədəd

ÜSL kod (kateqoriya) - 79414000-9 İnsan resurslarının idarə edilməsi üzrə məsləhət xidmətləri,

Açıq tenderin başlama tarixi və vaxtı

27.01.2021 09:00

Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı

16.02.2021 10:00

Tender təklifinin təqdim edilməsinin son tarixi və vaxtı

24.02.2021 18:00

Zərflərin açılış tarixi və vaxtı

25.02.2021 10:00

İştirak haqqı: 300 AZN

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə " düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:

ÇATDIRILMA YERİ

AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165

ÇATDIRILMA MÜDDƏTİ

Xidmət Satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 1 (bir) il ərzində təhvil verilməlidir.

ÇATDIRILMA ŞƏRTLƏRİ

DDP

ÖDƏNİŞ ŞƏRTLƏRİ

Satınalma müqaviləsi üzrə ödəmələr satınalma müqaviləsində nəzərdə tutulmuş qaydada hər mərhələ üzrə təhvil-təslim aktı tərtib olunduqdan sonra Malgöndərənin təqdim etdiyi müvafiq mühasibatlıq sənədləri (eqaimə, hesab faktura və s.) əsasında 15 (on beş) bank günündən gec olmayaraq nağdsız hesablaşma yolu ilə aparılacaqdır.

Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN

TƏLƏB OLUNAN SƏNƏDLƏR

Təşkilati və hüquqi sənədlər:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış
Müvafiq qaydada təsdiqlənmiş sənəd PDF formatında yüklənməlidir
Nizamnamə
Surəti PDF formatında yüklənməlidir
Hansı sahibkarlıq subyektinə (mikro, kiçik, orta, iri) mənsub olması haqqında məlumat
Buna dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən alınmış arayış PDF formatında yüklənməlidir
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Müvafiq qaydada təsdiqlənmiş sənəd PDF formatında yüklənməlidir
Dövlət qeydiyyatı haqqında şəhadətnamə
Surəti PDF formatında yüklənməlidir
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Müvafiq qaydada təsdiqlənmiş son 1 (bir) ilə aid hesabat PDF formatında yüklənməlidir
Dövlət reyestrindən çıxarış
Surəti PDF formatında yüklənməlidir
Göstəriləcək xidmətlərin dəqiq təsviri haqqında məlumatlar (qiymət təklifi olmadan).
Müvafiq qaydada təsdiqlənmiş sənəd (iş həcmi) PDF formatında yüklənməlidir
Maliyyə vəziyyəti haqqında bank arayışı
Müvafiq qaydada təsdiqlənmiş son 1 (bir) ilə aid (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı PDF formatında yüklənməlidir
Rekvizitlər
Müvafiq qaydada təsdiqlənmiş sənəd PDF formatında yüklənməlidir
 
İxtisas göstəriciləri:
İddiaçının müvafiq sahədə peşəkarlığının, iş təcrübəsinin, texniki və maliyyə imkanlarının olması
İddiaçının müvafiq sahədə peşəkarlığının, iş təcrübəsinin, texniki və maliyyə imkanlarının olması
İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması
Şirkətin təqdim etdiyi hüquqi sənədlər əsasında qiymətləndiriləcək
 

Qeyd olunmuş prosedurlar üçün mətn

TENDER TƏKLİFİ

 

Texniki təklif: 70 bal

İnsan resurslarının idarəedilməsi üzrə məsləhət xidmətləri sahəsində beynəlxalq fəaliyyət xidmətlərin sayı
5
Beynəlxalq sahədə fəaliyyət həcmi, fəaliyyət xidmətlərinin sayı daha yüksək olan iddiaçılar tam, digər iddiaçılar isə nisbi olaraq qiymətləndiriləcəkdir
Təklifin satınalan təşkilatın ehtiyaclarının ödənilməsi baxımından səmərəliliyi
35
Satınalan təşkilatın qoyduğu tələblərin və gözləntilərin necə qarşılayacağına dair texniki təklifin iddiaçı tərəfindən dəqiq və strukturlaşdırılmış formada təqdim edilməsi nəzərdə tutulur. İxtisas göstəricilərinə və tenderin səmərəlilik predmetinə tam cavab verən, eyni zamanda daha təşəbbüskar, yeni yanaşma üsulları təklif edən iddiaçılar tam, digər iddiaçılar isə nisbi olaraq qiymətləndiriləcəkdir. - İnsan resurslarının idarəedilməsi sistemi üzrə məsləhət xidmətlərinin həyata keçirilməsi üzrə metodologiya: 10 bal - İnsan resurslarının idarəedilməsi üzrə məsləhət xidmətlərinin həyata keçirilməsi üzrə yanaşma: 15 bal - Təklif edilən İnsan resurslarının idarəedilməsi sisteminin əhatə dairəsi: 10 bal
Oxşar sahələrdə fəaliyyət göstərən təşkilatlarda İnsan resurslarının idarəedilməsi üzrə məsləhət xidmətləri sahəsində yerli fəaliyyət xidmətlərinin sayı və ən azı 5 il yerli təcrübənin olması
5
Ən azı 5 il yerli təcrübəsi olan və təşkilatlara göstərdiyi xidmətlərini xronoloji ardıcıllıqla qeyd edən iddiaçılar yüksək balla, digər iddiaçılar isə nisbi balla qiymətləndiriləcəkdir
İnsan resurslarının idarəeedilməsi üzrə məsləhət xidmətləri sahəsində peşəkarlıq və təcrübə üzrə portfel
5
Peşəkarlıq səviyyəsi, təcrübəsi, bu sahə üzrə ümumi xidmətlərinin sayı və sair göstəriciləri daha yüksək olan iddiaçılar tam, digər iddiaçılar isə nisbi olaraq qiymətləndiriləcəkdir
Layihə üzrə işçi qrupu və komanda (yerli və beynəlxalq ekspertlər)
15
Bu meyara əsasən layihəyə cəlb olunan işçi qrupunun layihənin hər bir mərhələsi üzrə vəzifə və öhdəliklərinin nə dərəcədə aydın təsvir edilməsi, layihəyə cəlb olunan işçi qrupunun sayı və İnsan resurslarının idarəedilməsi üzrə məsləhət xidmətləri sahəsində təcrübəsi qiymətləndiriləcəkdir. Layihəyə cəlb olunacaq işçi qrupu üzvlərinin təcrübəsi, ixtisaslaşması, sertifikatlaşma dərəcəsi uyğun olan, habelə yerində xidmət qrupu olan iddiaçılar yüksək balla, digər iddiaçılar isə nisbi balla qiymətləndiriləcəkdir. - İnsan resursların idarəedilməsi sisteminin məsləhət xidmətləri sahəsində işçi qrupu üzvlərinin təcrübəsinin uyğunluğu, müvafiq məsləhət sahəsi üzrə xidmətlərinin sayı: 10 bal - İşçi qrupu üzvlərinin İnsan resurslarının idarəedilməsi üzrə beynəlxalq sertifikatlaşma dərəcəsi (CIPD, SHRM) və ya ali təhsilinin olması: 5 bal
Son 3 (üç) il ərzində iri təşkilatlarda (işçilərin orta siyahı sayı 200 və ondan çox) İnsan resurslarının idarəeedilməsi üzrə məsləhət xidmətləri sahəsində müvəffəqiyyətlə həyata keçirilmiş layihələrin sayı. Ən azı iki təşkilatdan tövsiyə məktubunun olması
5
Müvəffəqiyyətlə icra edilmiş layihələrinin sayına müvafiq olaraq iddiaçılar qiymətləndiriləcəkdir
 

Qiymət təklifi:: 30 bal

Müqavilənin təminatı
-
Satınalma müqaviləsinin ümumi məbləğinin 2%-i həcmində təqdim edilməlidir.
Qiymət təklifi
30
Təklif edilən qiymətə bütün vergi, rüsum və xərclər daxil edilməlidir.
Təklifin qüvvədə olma müddəti
-
Tender zərflərinin açılma tarixindən sonra, 30 (otuz) bank günü qüvvədə olmalıdır.
Tender təklifinin təminatı
-
Tender təklifinin 1% həcmində təqdim edilməlidir.

Qeyd olunmuş prosedurlar üçün mətn

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)

Tender təklifi: 30 bank günü (zərflərin açıldığı gündən qüvvədə olma müddəti)
Təklifin təminatı: 60 bank günü (Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra)
Ayna Cahandarova
Baş mütəxəssis
(99412) 498 77 53, daxili: 8008

Tələb olunan iddiacıların sayı: 3

  • • məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür; • satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • Kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.
  • Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
  • Elektron satınalma Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır
  • Tender təklifləri, eləcədə bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Malgöndərənlər (podratçılar) Tender təkliflərini, eləcədə bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar)səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron İmzanın sahibi olmalıdır.
  • Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (//etender.gov.az/laws) tanış ola bilərsiz.
  • Malgöndərənlər (podratçılar) bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə satınalan təşkilata müraciət edərək ala bilərlər.
  • Satınalan təşkilatın bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Bakı şəhəri, 27 dekabr 2001-ci il, № 245 – II Q) VIII fəslində və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır. Şikayətlər portal vasitəsi ilə təqdim olunur.
  • Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə göndərilir. Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır. Nəzərdə tutulmuş müddət ərzində satınalma müqaviləsinin imzalanmaması həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir.
  • Müəyyən edilməmişdir