TENDER

25 Dekabr

Sahibkarlığın İnkişafı Fondu tender elan edir

Bakı 25 dekabr Fins.az

Təşkilatın adı: "AZƏRBAYCAN RESPUBLİKASININ SAHİBKARLIĞIN İNKİŞAFI FONDU" PUBLİK HÜQUQİ ŞƏXS

Təşkilat VOEN: 1305619841

Təşkilatın ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç., 172

Tender predmeti: 9 saylı Beynəlxalq Maliyyə Hesabatı Standartının (BMHS 9) tətbiq edilməsi ilə proqram təminatının yaradılması xidməti

Tenderin adi: 9 saylı Beynəlxalq Maliyyə Hesabatı Standartının (BMHS 9) tətbiq edilməsi ilə proqram təminatının yaradılması xidməti

9 saylı Beynəlxalq Maliyyə Hesabatı Standartının (BMHS 9) tətbiq edilməsi ilə proqram təminatının yaradılması xidməti

Başlıq Açıqlama Miqdar  
Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu üçün 9 saylı Beynəlxalq Maliyyə Hesabatı Standartının (BMHS 9) tətbiq edilməsi ilə bağlı proqram təminatının yaradılması, təlimlərin keçirilməsi 1)Mövcud BMHS 9 metodologiyasının təhlili və təkmilləşdirilməsi, 2) Gözlənilən kredit itkilərinin hesablanması üçün proqram təminatının (R, Python və ya SQL üzərində) hazırlanması , 3) İşçi heyətinə təlimlərin keçirilməsi 1 ədəd

ÜSL kod (kateqoriya) - 72268000-1 Proqram təminat xidmətləri,

Açıq tenderin başlama tarixi və vaxtı

24.12.2020 15:30

Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı

19.01.2021 15:30

Tender təklifinin təqdim edilməsinin son tarixi və vaxtı

28.01.2021 15:30

Zərflərin açılış tarixi və vaxtı

29.01.2021 15:30

İştirak haqqı: 200 AZN

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə " düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:

ÇATDIRILMA YERİ

Bakı çəhəri, Şərifzadə 172

ÇATDIRILMA MÜDDƏTİ

10 həftə

ÇATDIRILMA ŞƏRTLƏRİ

DDP

ÖDƏNİŞ ŞƏRTLƏRİ

Müqaviləyə əsasən

Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN

TƏLƏB OLUNAN SƏNƏDLƏR

Təşkilati və hüquqi sənədlər:
Rekvizitlər
imza və möhürlə təsdiq edilməli
Maliyyə vəziyyəti haqqında bank arayışı
Son 1 (bir) ili əhatə etməlidir
Mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektinə aid olmasına dair məlumat
iddiaçının hansı sahibkarlıq subyektinə aid olması göstərilməlidir (müvafiq təsdiqedici sənəd olmalıdır)
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Vergilər Xidmətindən əldə olunmuş məktubun əsli skan olunmuş şəkildə və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notariusda təsdiq olunmuş versiyası yüklənməlidir.
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Bununla bağlı təsdiqedici sənəd
Nizamnamə
Nizamnamənin surəti təqdim olunduğu halda son 3 ayı əhatə etməklə notarial qaydada təsdiq olunmalı və portala yüklənməlidir.
Müvafiq sahədə lisenziyanın olması.
Zəruridir
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış
Zəruridir (01.12.2020-ci il tarixdən sonrakı tarixdə alınmış arayış qəbul ediləcəkdir)
Qeydiyyatdan keçdiyi ölkə
Dövlət reyesterindən çıxarışın surəti
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Son 1 (bir) ili əhatə etməlidir (vergi bəyənnaməsi)
 
İxtisas göstəriciləri:
Cəlb ediləcək heyətin təcrübəsi
Kadrların müvafiq işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər təqdim edilməlidir.
Şirkətin analoji layihələrdə təcrübəsi (son 2 il)
Layihələrlə bağlı əsaslı dolğun məlumat təqdim edilməlidir.
 

Qeyd olunmuş prosedurlar üçün mətn

TENDER TƏKLİFİ

 

Texniki təklif: 40 bal

Şirkətin analoji layihələrdə təcrübəsi (son 2 il)
15
Heyətin hər 3 istiqamət üzrə təcrübəsi var (son 2 il)-15bal Heyətin ən azı 1-ci və 2-ci istiqamət üzrə təcrübəsi var-10bal Heyətin 3 istiqamət üzrə qismən təcrübəsi var-5bal
Xidmət üzrə görüləcək işin əhatəliliyi- tətbiq olunacaq yanaşma - metodologiya - yekunda təhvil veriləcək proqram təminatı
10
Bütün meyarlar üzrə tam əhatəli məlumat verilib-10bal Bütün meyarlar üzrə qismən məlumat verilib-5bal
Cəlb ediləcək heyətin təcrübəsi
10
Heyətin hər 3 istiqamət üzrə təcrübəsi var-10bal Heyətin hər 3 istiqamət üzrə qismən təcrübəsi var-5bal
Layihənin icra müddəti
5
0 -10 həftə-5bal 10 həftədən çox-0bal
 

Qiymət təklifi:: 60 bal

Qiymət təklifi
60
Tender təklifində və qiymət cədvəlində işin ayrılıqda qiyməti və ümumi qiyməti göstərilməlidir. Qiymət cədvəlində göstərilən qiymətlər, bütün xərclər, o cümlədən vergi, rüsum, çatdırılma və digər xərclər nəzərə alınmaqla əsas şərtlər toplusunda göstərilən işlərin bütün həcmini əhatə etməklə təqdim edilməlidir. İddiaçılar tərəfindən təqdim olunan təkliflər satınalan təşkilat tərəfindən bütün bu xərclər daxil olmaqla başa düşüləcək və qiymətləndirmə buna uyğun aparılacaqdır. Tender təklifində və qiymət cədvəlində təklif olunan işlər tenderin əsas şərtlər toplusunda tələb olunan texniki xüsusiyyətlərə və parametrlərə (Bölmə 6.) uyğun olmalıdır. Müsabiqəyə təqdim olunmuş tender təklifləri dəyərə görə balların hesablanması aşağıdakı düsturla müəyyən olunur: təkliflərin balları ən aşağı təklif olunan qiymətin müqayisə edilən qiymətə nisbətinin 60-ə vurmaqla əmələ gəlir
Tender təklifinin təminatı
-
tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır və ya tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox)
Müqavilənin təminatı
-
Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı portal vasitəsilə təqdim edilir. Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının məbləği müqavilənin ümumi məbləğinin 3 faizi həcmində müəyyən olunur
Təklifin qüvvədə olma müddəti
-
zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır

Qeyd olunmuş prosedurlar üçün mətn

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)

Tender təklifi: 30 bank günü (zərflərin açıldığı gündən qüvvədə olma müddəti)
Təklifin təminatı: 60 (Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra)
Zaur Məmmədov
böyük mütəxəssis
+994123102302

Tələb olunan iddiacıların sayı: 3

  • • məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür; • satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • Kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.
  • Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
  • Elektron satınalma Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır
  • Tender təklifləri, eləcədə bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Malgöndərənlər (podratçılar) Tender təkliflərini, eləcədə bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar)səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron İmzanın sahibi olmalıdır.
  • Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (//etender.gov.az/laws) tanış ola bilərsiz.
  • Malgöndərənlər (podratçılar) bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə satınalan təşkilata müraciət edərək ala bilərlər.
  • Satınalan təşkilatın bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Bakı şəhəri, 27 dekabr 2001-ci il, № 245 – II Q) VIII fəslində və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır. Şikayətlər portal vasitəsi ilə təqdim olunur.
  • Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə göndərilir. Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır. Nəzərdə tutulmuş müddət ərzində satınalma müqaviləsinin imzalanmaması həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir.
  • Müəyyən edilməmişdir