TENDER

17 Noyabr

Neft Fondu tender elan edir

Təşkilatın adı: AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Təşkilat VOEN: 9900041961

Təşkilatın ünvanı: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165

Tender predmeti: Fiziki təhlükəsizliklə bağlı avadanlıqların (Server) satın alınması

Tenderin adi: Fiziki təhlükəsizliklə bağlı avadanlıqların (Server) satın alınması

Fiziki təhlükəsizliklə bağlı avadanlıqların (Server) satın alınması

Başlıq Açıqlama Miqdar  
Server 3 years of vendor support after installation 1-year guarantee from the vendor 1R or 2R rack server CPU: 1CPU, Intel® Xeon® scalable family CPUs or 2nd Generation Intel® Xeon® scalable family CPUs (at least 8 core, 2.0GHz ) RAM: 24GB DDR4 Storage: physical raid controller must support RAID 6, 2 TB usable memory space after raid 6 configuration (4x1TB) Power supplies: Hot plug power supplies with full redundancy Network port: 2x 1GbE Video Card: 1 x VGA USB2 License 1 x VMware vSphere 7 Ent Plus for 1CPU 3 ədəd

ÜSL kod (kateqoriya) -

Açıq tenderin başlama tarixi və vaxtı

18.11.2020 09:00

Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı

08.12.2020 10:00

Tender təklifinin təqdim edilməsinin son tarixi və vaxtı

16.12.2020 18:00

Zərflərin açılış tarixi və vaxtı

17.12.2020 10:00

İştirak haqqı: 150 AZN

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə " düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:

ÇATDIRILMA YERİ

AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165

ÇATDIRILMA MÜDDƏTİ

Mallar satınalma müqaviləsi imzalandıqdan sonra 45 (qırx beş) təqvim günü ərzində çatdırılmalıdır.

ÇATDIRILMA ŞƏRTLƏRİ

DDP

ÖDƏNİŞ ŞƏRTLƏRİ

Sifarişçi satınalma müqaviləsinin yerinə yetirilməsi üçün İcraçıya tender sənədlərində göstərilən həcmdə, lakin satınalma müqaviləsinin ümumi dəyərinin 30 faizindən çox olmayaraq avans ödəyə bilər. Avansın alınması üçün İcraçı tərəfindən Sifarişçiyə avans ödənişinin ümumi həcmindən az olmayan məbləğdə bank zəmanəti təqdim olunmalıdır. İcraçı avans ödənişindən yalnız satınalma müqaviləsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə etməlidir. İcraçı avansın müqavilə ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə olunmasını müvafiq sənədlərlə əsaslandırmalı və müvafiq sənədlərin surətlərini Sifarişçiyə təqdim etməlidir. İcraçı avans təminatının qarantı və ya təsdiqləyici tərəfin münasibliyini təsdiq etmək barədə sorğu göndərir. Sifarişçi bu cür sorğuya 1 bank günü müddətində cavab verməlidir.

Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN

TƏLƏB OLUNAN SƏNƏDLƏR

Təşkilati və hüquqi sənədlər:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış
Müvafiq qaydada təsdiqlənmiş sənəd PDF formatında yüklənməlidir
Hansı sahibkarlıq subyektinə (mikro, kiçik, orta, iri) mənsub olması haqqında məlumat
Bununla bağlı məlumat mütləq qeyd olunmalıdır.
Dövlət reyestrindən çıxarış
Surəti PDF formatında yüklənməlidir
Nizamnamə
Surəti PDF formatında yüklənməlidir
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Müvafiq qaydada təsdiqlənmiş sənəd PDF formatında yüklənməlidir
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Müvafiq qaydada təsdiqlənmiş sənəd PDF formatında yüklənməlidir
Rekvizitlər
Müvafiq qaydada təsdiqlənmiş sənəd PDF formatında yüklənməlidir
Maliyyə vəziyyəti haqqında bank arayışı
Müvafiq qaydada təsdiqlənmiş son 1 (bir) ilə aid maliyyə arayışı PDF formatında yüklənməlidir
Dövlət qeydiyyatı haqqında şəhadətnamə
Surəti PDF formatında yüklənməlidir
 
İxtisas göstəriciləri:
İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması
Şirkətin təqdim etdiyi hüquqi sənədlər əsasında qiymətləndiriləcək
İddiaçının müvafiq sahədə peşəkarlığının, iş təcrübəsinin, texniki və maliyyə imkanlarının olması.
Müvafiq sahədə iş təcrübəsi və maliyyə vəziyyəti barədə təqdim etdiyi sənədlər əsasında qiymətləndiriləcək
 

Qeyd olunmuş prosedurlar üçün mətn

TENDER TƏKLİFİ

 

Texniki təklif: 30 bal

Mövcud tələblərə uyğunluğu
20
Müvafiq qaydada qiymətləndiriləcək
İddiaçının iş təcrübəsi və kvalifikasiyası meyarı
10
Bu sahədə icra etdikləri layihələr əsasında qiymətləndiriləcək
 

Qiymət təklifi:: 70 bal

Tender təklifinin təminatı
-
Tender təklifinin 1% həcmində bank zəmanəti təqdim edilməlidir.
Müqavilənin təminatı
-
 
Qiymət təklifi
70
Təklif edilən qiymətə bütün vergi, rüsum və xərclər daxil edilməlidir.
Təklifin qüvvədə olma müddəti
-
Tender zərflərinin açılma tarixindən sonra, 30 (otuz) bank günü qüvvədə olmalıdır.

Qeyd olunmuş prosedurlar üçün mətn

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)

Tender təklifi: 30 bank günü (zərflərin açıldığı tarixdən sonra qüvvədə olma müddəti
Təklifin təminatı: 60 bank günü (təminatın qüvvədə olma müddəti (zərflərin açıldığı tarixdən sonra
Nailə Məmmədli
Mütəxəssis
(99412) 498 77 53, daxili: 9005

Tələb olunan iddiacıların sayı: 3

  • • məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür; • satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • Kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.
  • Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
  • Elektron satınalma Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır
  • Tender təklifləri, eləcədə bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Malgöndərənlər (podratçılar) Tender təkliflərini, eləcədə bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar)səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron İmzanın sahibi olmalıdır.
  • Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (//etender.gov.az/laws) tanış ola bilərsiz.
  • Malgöndərənlər (podratçılar) bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə satınalan təşkilata müraciət edərək ala bilərlər.
  • Satınalan təşkilatın bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Bakı şəhəri, 27 dekabr 2001-ci il, № 245 – II Q) VIII fəslində və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır. Şikayətlər portal vasitəsi ilə təqdim olunur.
  • Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə göndərilir. Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır. Nəzərdə tutulmuş müddət ərzində satınalma müqaviləsinin imzalanmaması həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir.
  • Müəyyən edilməmişdir
 
 

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

Açıq tenderin elektron şərtlər toplusunu 18.11.2020 09:00 tarixindən sonra əldə edə bilərsiniz