TENDER

10 Noyabr

“Aztelekom” 31 min manatlıq içməli su alır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC Qida Təhlükəsizliyi Agentliyinin standartlarına və digər tələblərinə uyğun 19 litrlik və 0,5 litrlik plastik qablarda içməli su alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Fins.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Tac” MMC-dir.

Qalib şirkətə 30 621 manat ödəniləcək.