Təşkilatın adı: "BAKI TELEFON RABİTƏSİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
Təşkilat VOEN: 9900044741
Təşkilatın ünvanı: Üzeyir Hacıbəyli 48
Tender predmeti: Sənaye tipli kondisionerlərin açıq tender üsulu ilə satın alınması.
Tenderin adi: Sənaye tipli kondisionerlərin açıq tender üsulu ilə satın alınması.
Sənaye tipli kondisionerlərin açıq tender üsulu ilə satın alınması.
Başlıq | Açıqlama | Miqdar | |
---|---|---|---|
Sənaye tipli kondisioner ( + 40 dərəcəyə hesablanan çöl kondensatorlu, yüksəldilmiş,döşəmə üçün nəzərdə tutulmur. Qızdırıcı və nəmləndirici ilə təmin olunan, elektrik gücü 30 kV, mis boru, elektrik kabeli və quraşdırma daxil ) | “Texniki tələblər” 1. Avadanlığa və quraşdırmaya dair ümumi tələblər • Elektron qurğular server, kommutasiya və data-mərkəzlər kimi ixtisaslaşmış obyektlərdə istifadə üçün nəzərdə tutulmalıdır. Təchizatın gərginliyi: 380V - 415V, 3 faza, 50 Hs N və Pe qoruyucu kabel ilə. • Ətraf mühit: partlama təhlükəsi olmayan, ətraf mühitin temperaturu -10 ° С-dən + 44 ° С-dək; • Server otağında temperaturu 18 ° С-dən 26 ° С-dək və nisbi rütübətliliyi 60%-dək tənzimləməli; • Kondisionerlərin enerji səmərəliliyi olmalıdır, nominal şərt üçün enerjinin səmərəlilik nisbəti EER - 3-dən az olmayaraq. • PT-nın noutbukla həyata keçirilməsi üçün kondisionerlərin RS-232 (SUB-9) və ya RS232 növlü hərtərəfli portlara malik idarəetmə nəzarətçiləri ilə təchizatı zəruridir. • Kondisionerlər WEB və SNMP üzrə idarəetmə imkanına malik şəbəkə modulu ilə təchiz olunmalıdır. • Avadanlıq DIN ISO 9001 / EN 29001 standartlarına uyğun sertifikatlaşdırılmış şirkətdə istehsal olunmalıdır. • Avadanlıq DIN EN 61340-5-1-ə (elektron qurğuların elektrostatik hadisələrdən qorunması) uyğun olaraq bütün elektrostatik boşalmaya həssas olan elementləri qorumaq imkanına malik olmalıdır. • Avadanlıqların yerləşdirilməsi layihənin ilk mərhələlərində müəyyən edilir. • Quraşdırılan avadanlıq BEK (Beynəlxalq Elektrotexnika Komissiyası) 60065-2002-nin elektrik təhlükəsizliyi üzrə tələblərinə cavab verməlidir. • Quraşdırılan avadanlıq GOST (dövlətlərarası standart) 12.2.007.0-75-in yanğın təhlükəsizliyi üzrə tələblərinə cavab verməlidir. • Kondisionerləşdirmə sistemi çərçivəsində tətbiq olunan memarlıq, texniki və texnoloji həllərin müvafiqliyi təmin olunmalıdır. • Bir istehsalçının kondisionerlərindən istifadə edilməlidir. Bütün otaqlar və obyektlər üçün kondisioner modellərinin tətbiqinin unifikasiyasını təmin edilməlidir. • Bütün kondisionerlərin işinin idarə olunması üçün universal avtomat blokundan istifadə edilməlidir. • Havanın kondisionerləşdirilməsi sisteminin layihələndirilməsi və montajı otağın mövcud strukturuna və interyerinə zəif təsir göstərməlidir. • Kabel və freon rabitə çəkilərkən örtülü çəkimlərə imkan verən mövcud memarlıq-inşaat imkanlarından (falş döşəmə, asma tavanlar, dekorativ divar panelləri, yerləşdirilmiş borular və s. ) maksimum dərəcədə istifadə olunmalıdır. Otaqlarda rabitə xətləri çəkilərkən dekorativ kabel-kanallardan (koroba) istifadə olunmalıdır. • Kabel və freon rabitə xətlərinin yeri və üsulları Sifarişçi ilə razılaşdırılmalıdır. • Podratçı avadanlıqların quraşdırılması və istismara verilməsini tam şəkildə həyata keçirməlidir. Avadanlıqların çatdırılması, yerləşdirilməsi, kabel xətlərinin və boru kəmərlərinin çəkilməsi, binaların daxili hissəsinin bərpası ilə əlaqədar tikinti və bitirmə işləri daxil olmaqla. 2. Elektrik şəbəkəsinə qoşulma. • Elektrotexniki avadanlıqların və kabel xətlərinin çatdırılması, quraşdırılması və qoşulması (binanın əsas bölüşdürücü şiti istisna olmaqla) İcraçı tərəfindən həyata keçirilir. • Bütün avadanlıqlar binanın əsas bölüşdürücü şitinə qoşulur. • Qoruyucu-bölüşdürücü qurğular aqreqat dolabında, yaxud ayrıca bölüşdürmə dolabında yerləşməlidir. • Avadanlıq aşağıdakı qoruyucu və paylayıcı cihazlarla komplektləşdirilməlidir: • Əsas avtomat açarı • Hər blok üçün avtomat açarı • Fazalara nəzarət üçün rele • Gərginliyə nəzarət üçün rele • Differensial açar 3. Kondisionerə qoyulan tələblər. • Birbaşa genişləndirmə (yayılma); • ON/OFF və ya invertor sistem; • R407С freon; • Nominal şərtlər üçün enerjinin səmərəliliyi nisbəti EER - 3-dən az olmayaraq; • EC–ventilyatorun dövriyyələrinin sürətinin tənzimlənməsinə malik ventilyator; • sensor da daxil olmaqla, su sızma detektoru; • Temperaturu və rütubəti ölçən mobil sensor; • Hava axınının aşağıdan yuxarıya doğru istiqaməti, soyuq havanın vurulma istiqaməti üstdən və ya frontal (üzdən) olmalıdır; • Metlax döşəmənin üzərində quraşdırılması nəzərdə tutulub; • Təmiz soyuducu güc (çöldə T = + 40°С, içəridə T = 22 °С): 30 kVt-dan az olmayaraq; • Daxili blokun göstəriciləri: Eni = 1400 mm х Hündürlük = 1980 mm х Dərinlik = 870 mm; çəki 450 kq-dan çox olmayaraq; • Kondisioner havanın çəkilməsi və təchizatı üçün temperatur/rütubət sensorlarına qoşulmaq imkanına malik olmalıdır; • İş sxemi: 1+1 (biri əsas, digəri ehtiyat); • Kondisioner nəzarətçisi SUB-D15- bağlayıcı növlü genişlənən rəqəmsal və analoji plataların əlavə portları ilə təchiz olunmuşdur; • Kondisioner nəzarətçisi PT-nın yenilənməsi və ya kondisionerin servis xidməti üçün RS-232 (SUB-9) növlü servis portu ilə təchiz olunmalıdır; • Kondisioner daxili RS-232 (SUB-9) və RS-485 portlarının köməkliyi ilə BMS (protokol ModbusRTU) sisteminə qoşulmaq imkanına malik interfeyslə təchiz olunmalıdır; • Kondisionerin RS485 interfeysi vasitəsilə fırlanma və ardıcıllıq qrupuna qoşulmaq imkanı olmalıdır; • Kondisioner IP (WEB, SNMP) üzrə məsafədən idarə etmə modulu ilə təchiz olunmalıdır. 3.1. Konstruksiya, karkas: • Şaquli və üfüqi gücə hesablanmış sabit, qaynaqlanmış karkas; • Korpus və karkas hissələri öz-özünü daşıyan, daşınma və işçi çəkisi üçün optimallaşdırılmış, vibrasiyasız çərçivədən ibarətdir. • Polad lövhəli bütün detallar korroziyadan etibarlı müdafiə üçün yüksək keyfiyyətli plastik tozla örtülmüşdür. • Quraşdırılma və xidmət üçün əhəmiyyətli olan bütün komponentlərə asanlıqla daxil olmaq. Panellər: • Cihaz hər tərəfi bağlı halda göndərilir. • Ön və yan qapılar çıxarıla bilən. • Polad lövhəli bütün detallar korroziyadan etibarlı müdafiə üçün yüksək keyfiyyətli plastik tozla örtülmüşdür. • panel cihaza icazəsiz girişin qarşısını alan qoruyucu bağlayıcılarla blok çərçivəsinə quraşdırılmışdır. • müvafiq B3 izolyasiya materialından istifadə edərək panel və qapı izolyasiyası; • DIN 4102-yə müvafiq B3 izolyasiyasının yanğın əleyhinə təsnifatı, yanğına davamlı; • Allergiya yaratmayan; • istilik izolyasiya xüsusiyyətləri 0.021-0.035 W / mx K; • Ultraçəhrayı şüalanmaya qarşı davamlıdırlar, yaşlanmır və su keçirmirlər. • Termodayanıqlıq - 15°С-dən + 80 °С-dək (qısa müddət ərzində 140 ° С) 3.2. Soyuducunun konturları: • Cihazda antivibrasiyalı söndürücülərlə quraşdırılmış hava keçirməyən spirallı kompressor; • avtomatik boşalma ilə aşağı təzyiqli rele; • mexaniki boşalma ilə yüksək təzyiqli rele; • Qoruyucu klapanlı resiver; • quruducu – filtr; • elektromaqnit genişləndirici klapan; • rütubət göstəricili görmə şüşəsi; • Maye və qaz xəttinin bağlayıcı klapanı; • Sadələşdirilmiş və rahat xidmət üçün klapanlar; • Soyuducu konturunun bütün komponentlərinin zavodda quraşdırılması; • göndərmədən öncə bütünlüklə soyuducu konturun funksionallığının yoxlanılması; 3.3. Freon isti qaz qızdırıcısı • nəmləndirmə əməliyyatı zamanı sabit otaq temperaturu saxlamaq; • əlavə elektrik istilik enerjisinə ehtiyac duymadan yenidən qızdırmaq üçün isti qaz freon qaz qızdırıcısı kimi hazırlanmışdır; kondisioner nəzarətçisi tərəfindən idarə olunur; • soyutma ilə əlaqədar olaraq, həmişə kondisionerin ilk soyuducu dövrəsinə inteqrasiya olunur; freon xəttinin boşalma xəttində yerləşən (aşağı təzyiq tərəfindəki təzyiq kompensasiya xətti daxil olmaqla) 3 yollu solenoid valfdan və istilik dəyişdiricinin çıxış xəttindəki valfından ibarətdir; • funksiya: yenidən istilənmə tələb olunduqda, üç tərəfli solenoid klapan istilik mübadiləsi üçün yol açır, soyuducu qızdırıldıqdan sonra kondenserə daxil olur; • istilik qabiliyyəti, hava tərəfindəki şərtlərdən asılı olaraq, nominal soyutma qabiliyyətinin maksimum 80% -ni təşkil edə bilər; • hava axınına nisbətən buxarlandırıcıdan sonra yerləşir; • preslənmiş alüminium qanadları olan mis borulardan hazırlanmış istilik dəyişdiricisi; İstilik dəyişdiricisi hava təzyiqinin aşağı düşməsinə nəzarət etməlidir. 3.4. Rütubətləndirici • Buxar-rütubətverici quraşdırılma zamanı demineralizə edilmiş, steril, qoxusuz buxarın istehsalı üçün istifadəyə hazır olmalıdır; • Kondisioner daxili elektrod rütubətləndirici ilə təchiz olunmalıdır; • Silindrə və əvəzləyiciyə baxım asan olmalıdır; • Giriş və çıxış elektromaqnit klapanları ilə təchiz olunmuşdur; • Buxar-rütubətləndiricinin aqreqatın elektrik dolabında yüklənmədən və qısa qapanmadan avtomatik açarlarla müdafiəsi olmalıdır; • Buxar-rütubətləndirici mikroprosessorun idarəsi üçün kondisioner dolabında quraşdırılmış, rütubətləndiricinin işini, gücü və gərginlik siqnallarını yanıb-sönən diodlarla göstərən idarəetmə platası ilə təchiz olunmalıdır; • Buxar silindrinin maksimum istismarı üçün suyun avtomatik drenaj, mexaniki drenaj imkanı; • Kondisionerin idarəetmə sistemi vasitəsilə qəza siqnallarının monitorinqi və ötürülməsi; • Mis buxar bölüşdürücüdən buxarın bölüşdürülməsi. 3.5. Tənzimləyici: • enerji itkisindən sonra avtomatik və ya mexaniki işə salma, cihazın işə düşməsində ləngimə, həmçinin komponentlər üçün ayrı-ayrılıqda seçilə bilər. • Kondisioner istehsalçısı tərəfindən istehsal olunan standart zavod məmulatı. • Buxarlanmanın zəif təzyiqi halından müdafiə üçün idarəetmə sistemi. • Temperaturdan asılı olaraq ventilyator sürətli enerji qoruyucu idarəetmə. • Əvvəlcədən müəyyənləşdirilmiş vaxt intervallarına müvafiq servis xəbərdarlığı. • Ayrı-ayrı komponentlərin mexaniki idarə edilməsi. • Gündüz və gecə işi. • Saat və tarix göstərilməklə qəza siqnalının qeydə alınması. • Siqnalın fasiləli ləngiməsi, siqnalda seçmə üstünlüyü, yardımçı siqnallar üçün mətnin yazılması. • 1 * ümumi siqnal. • Qış istismarının əvvəli/sonu. • Mikroprosessor platasında proqram təminatına xidmət və yüklənmə üçün RS232 portu. Qəzaların loqolarını, temperatur/rütubətlilik məlumatlarını çap etmək, parametrlərin diaqnostikası və quraşdırılması. • Siqnal üstünlüyünün quraşdırılması. • Modbus protokolu əvvəlcədən quraşdırılmışdır. • Avadanlığın normal iş rejimində zəruri sayda kondisionerin (bir və ya iki işçi kondisioner) işə salınması; • Bir otaqda quraşdırılmış bütün işçi və ehtiyat kondisionerlərinin resurslarının eyni qaydada işləməsi məqsədilə vaxt intervalı ilə dövri keçid (layihələndirmə mərhələsində müəyyənləşdirilir); • İstənilən kondisionerdə qəza halı baş verdikdə bütün kondisionerlərin işə salınması; • Fərdi idarəetmə pultundan kondisionerlərin iş parametrlərinin icazəsiz dəyişdirilməsinin bloklaşdırılması. Avadanlıq opsiya nəzarət funksiyalarını dəstəkləməlidir: • Soyuma, isinmə, rütubət və quruma; • Kondensasiyanın, temperaturun, təchiz edilən və qayıdan hava məhdudiyyəti ilə rütubətin hədd göstəricilərinə nəzarət. Bir sensor tipindən artıq istifadə olunarsa – orta nəzarət göstəricisi; • Bu siqnallara nəzarət: hava axını, kompressor, qızdırıcı, ventilyatorun sürəti, kondensasiyasının təzyiqi, filtr, rütubətləndirici, su detektoru, fazaya nəzarət, ötürücülük, FEM (fasiləsiz enerji mənbəyi), quru soyuducu, yanğın siqnalizasiyası, nasoslar, yardımçı siqnalizasiya, sıradan çıxmış sensor; • Avadanlığın normal iş rejimində zəruri sayda kondisionerin (bir və ya iki işçi kondisioner) işə salınması; • Bir otaqda quraşdırılmış bütün işçi və ehtiyat kondisionerlərinin resurslarının eyni qaydada işləməsi məqsədilə vaxt intervalı ilə dövri keçid (layihələndirmə mərhələsində müəyyənləşdirilir); • İstənilən kondisionerdə qəza halı baş verdikdə bütün kondisionerlərin işə salınması; • Fərdi idarəetmə pultundan kondisionerlərin iş parametrlərinin icazəsiz dəyişdirilməsinin bloklaşdırılması. 3.6. Məsafədən idarəetmə paneli. • Məsafədən idarəetmə paneli operatorların otağında quraşdırılmalıdır. • Paneldə qəzalar haqqında məlumat öz əksini tapmalıdır. • Müəyyənləşdirilmiş göstəricilərə görə mikro-iqlim parametrlərinə giriş haqqında informasiya öz əksini tapmalıdır. • Səsli siqnalizasiya. 4. Xarici bloklar • Xarici blokların quraşdırılma yeri və kondensatların daxili blokdan çıxarılma üsulları Sifarişçi ilə razılaşdırılır. • Xarici bloklar lazımi tipli montaj kronşteynləri ilə komplekt şəkildə təchiz olunur. • Bütün tamamlama tikinti-quraşdırma işləri İcraçı tərəfindən yerinə yetirilir. • Kəmərlər və kabel xətləri UÇ (ultraçəhrayı) şüalanmadan və iqlim təsirlərindən qorunmalıdır. • Xarici kəmərlər və kabel xətləri mexaniki zədələnmələrdən qorumaq məqsədilə qalın materialdan olan qutularda və ya borularda yerləşdirilməlidirlər. 5. Əlavə tələblər. • İşə başlamadan öncə layihə sənədləri Sifarişçi ilə razılaşdırılmalı; • İşlənib hazırlanmış layihəyə uyğun olaraq quraşdırma və təməl-tənzimləmə işlərini aparmaq. • Layihə sənədlərinə daxil edilməlidir: a) Arayış sənədi; b) Avadanlıqların və kabel xətlərinin yerləşmə planı; c) Birxətli hesab sxemləri; d) Spesifikasiyalar; • Quraşdırma və təməl-tənzimləmə işləri başa çatdıqdan sonra təqdim edilməlidir: a) Elektrik şəbəkələrinin parametrlərinin ölçülməsinə dair texniki hesabat; b) Freon sistemin parametrlərinin ölçülməsinə dair texniki hesabat; c) Xətlərin, kabellərin, əsas elektrik avadanlıqlarının və aparatlarının izolyasiyasının dayanaqlığının yoxlanılması haqqında protokolu; Müdafiə aparatlarının xarakteristikası ilə “faza-0” zənciri parametrlərinin razılaşdırılmasının yoxlama protokolu; d) İstifadə olunan bütün material və avadanlıqların görülən işlərə müvafiqlik sertifikatı; e) Avadanlıqların pasportları və istehsalçı şirkətin təminatı; f) Gizli işlərin aktları. • Layihə sənədləri 3 nüsxədə və istənilən məlum formatda elektron şəkildə. 6. Xüsusi şərtlər. • İşə başlamadan öncə iş qrafiki Sifarişçi ilə razılaşdırılmalıdır. • Quraşdırma işlərində iştirak edəcək şəxslərin siyahısı təqdim olunmalıdır. • Mövcud mühəndis sistemlərinin, şəbəkələrin və yaxud onun ayrı-ayrı hissələrinin söndürülməsi yalnız əvvəlcədən Sifarişçi ilə razılaşdırıldıqdan sonra həyata keçirilə bilər. • İş zamanı Podratçı təmir işləri aparılan bütün ərazidə təmizliyə riayət etməli, obyektin inşaat tozu və tullantıları ilə çirklənməsinin qarşısını almalı, hər gün inşaat tullantılarının Baş podratçı tərəfindən verilən konteynerlərə yığılmasını və otağın nəm təmizlənməsinin aparılmasını təmin etməlidir. • Materialların və avadanlıqların anbarlaşdırılması istismara verən təşkilatla razılaşdırılmış yerlərdə həyata keçirilir. Anbarlaşdırma üsulları üçüncü şəxslərə zərərin qarşısının alınmasını nəzərdə tutmalıdır. 7. Texniki xidmət və zəmanət • Zəmanət müddəti minimal 2 (iki) il. Quraşdırma işləri tam bitəndən sonra zəmanət müddəti başlamalıdır; • İstehsalçı şirkət tərəfindən ehtiyyat hissələri ən azı 10 il ərzində təchiz olunmalıdır; • Zəmanət müddətində hər ay texniki baxış keçirilməlidir. Filtrlər təmizlənməlidir. | 4 | ədəd |
ÜSL kod (kateqoriya) -
Açıq tenderin başlama tarixi və vaxtı
03.11.2020 13:40
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı
25.11.2020 16:00
Tender təklifinin təqdim edilməsinin son tarixi və vaxtı
03.12.2020 17:00
Zərflərin açılış tarixi və vaxtı
04.12.2020 16:00
İştirak haqqı: 250 AZN
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə " düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:
ÇATDIRILMA YERİ
BTR MMC anbar
ÇATDIRILMA MÜDDƏTİ
Təchizat hissəsi – müqavilənin qüvvəyə minməsindən sonra sifarişlərin yazılı tələbləri əsasında və tələbnamədə göstərilən miqdarda,tələbnamənin daxilolmasından sonra ən geci 45 iş günü
ÇATDIRILMA ŞƏRTLƏRİ
DDP
ÖDƏNİŞ ŞƏRTLƏRİ
müqavilə üzrə ödəniş bir il ərzində hissə-hissə ödəniləcəkdir şərti qəbul edən iddiaçı qiymətləndiriləcək
Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN
TƏLƏB OLUNAN SƏNƏDLƏR
Təşkilati və hüquqi sənədlər:
İxtisas göstəriciləri:
Qeyd olunmuş prosedurlar üçün mətn
TENDER TƏKLİFİ
Texniki təklif: 30 bal
Qiymət təklifi:: 70 bal
Qeyd olunmuş prosedurlar üçün mətn
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)
Tender təklifi: | 30 bank günü (zərflərin açıldığı tarixdən sonra qüvvədə olma müddəti |
---|---|
Təklifin təminatı: | 60 bank günü (təminatın qüvvədə olma müddəti (zərflərin açıldığı tarixdən sonra |
Tələb olunan iddiacıların sayı: 3
- • məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür; • satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • Kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.
- Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
- Elektron satınalma Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır
- Tender təklifləri, eləcədə bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Malgöndərənlər (podratçılar) Tender təkliflərini, eləcədə bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar)səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron İmzanın sahibi olmalıdır.
- Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (//etender.gov.az/laws) tanış ola bilərsiz.
- Malgöndərənlər (podratçılar) bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə satınalan təşkilata müraciət edərək ala bilərlər.
- Satınalan təşkilatın bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Bakı şəhəri, 27 dekabr 2001-ci il, № 245 – II Q) VIII fəslində və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır. Şikayətlər portal vasitəsi ilə təqdim olunur.
- Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə göndərilir. Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır. Nəzərdə tutulmuş müddət ərzində satınalma müqaviləsinin imzalanmaması həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir.
- Müəyyən edilməmişdir