Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC əmlakının yenidən qiymətləndirilməsi üçün kotirovka sorğusu elan edib.
Fins.az xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini noyabrın 2-i, saat 11:00-a qədər şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 96E (Landmark I, 4-cü mərtəbə) ünvanına təqdim edə bilərlər.
Maraqlanan təşkilatlar (077) 277-32-51 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.