Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus "MİDA" MMC Gəncə şəhərində 1 və 2 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisi (1), 3 və 4 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisi (2), eləcə də 5 nömrəli 9 mərtəbəli 2 bloklu, 6 və 7 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi (3) ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.
Fins.az xəbər verir ki, tenderlərin qalibi “Müasir Tikintilər” və “Amal Group” (NN Group MMC konsorsium) ( son 2 tender) MMC-lərdir.
Qalib şirkətlərə müvafiq olaraq 6 333,9 min manat, 6 321,6 min manat və 8 858,3 min manat, ümumilikdə isə 21 513,8 min manat ödəniləcək.