TENDER

18 Avqust

"Bakı Telefon Rabitəsi" 760 min manatlıq modem alır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Bakı Telefon Rabitəsi" MMC 3 min ədəd LTE markalı modemin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Fins.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Mark Keytrinq" MMC-dir.

Qalib şirkətə 760,2 min manat ödəniləcək.