TENDER

17 Avqust

İnnovasiya və Təchizat Mərkəzi 5,5 milyon manatlıq dərman alır

Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan, bəzi Dövlət və Tədbirlər proqramlarında istifadə olunan dərman vasitələrinin satınalınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Fins.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Avromed Company” QSC-dir.

Qalib şirkətə  5 547,6 min manat ödəniləcək.