"Azergold" QSC nəcib metal tərkibli külçələrinin təyinat məntəqələrinə çatdırılanadək yük sığortası növü ilə sığortalanması xidmətinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Fins.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Qala Sığorta" ASC-dir.
Qalib şirkətə 297,5 min manat ödəniləcək.