TENDER

12 Avqust

Şəki rayonunda çaylarda sahilbərkitmə işlərinə 14 mln manat ayrılacaq

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC Şəki rayonu ərazisində Kişçay, Şinçay, Daşağılçay və digər çaylarda (Kişçay bölməsi) sahilbərkitmə işlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Fins.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tender ASC-nin tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri çərçivəsində həyata keçiriləcək.

Tenderin qalibi "Euroline" QSC-dir. Qalib şirkətə bu işlərin yerinə yetirilməsi üçün 13,99 mln manat ödəniləcək.