Bakı Dövlət Universiteti “Star-Construktion 12” Qapalı Səhmdar Cəmiyyətlə müqavilə imzalayıb.
Fins.az xəbər verir ki, müqavilədə Bakı Dövlət Universitetinin yataqxana binasının əsaslı təmiri işləri nəzərdə tutulub.
Müqavilənin məbləği 4 milyon 196 min 773 manatdır.
Bildirək ki, “Star-Construktion 12” Qapalı Səhmdar Cəmiyyət 2016-ci ildə dövlət qeydiyyatına alınıb. Bu QSC-nin nizamnamə kapitalı 2050 manatdır və qanuni təmsilçisi Mirsahib Bayramov Atamalı oğludur.