TENDER

23 İyul

Dövlət qurumu avtomobillər alır – ELAN

DİN-nin Baş Mühafizə İdarəsi xidməti zərurətlə əlaqədar avtomobil almaq üçün tender elan edir.

Fins.az xəbər verir ki, qurum LADA NİVA 21214 4 x 4 markalı avtomobillər alır.

Təkliflər sorğusunda iştirak etməkdə maraqlı olan təşkilatlar aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət

2. Şirkət haqqında məlumat;

3. İddiaçının hüququ statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, vergi ödəyicisinin qeydiyyatı və s.) müvafiq qaydada təsdiq olunmuş surətləri

4. Vergi orqanlarına və SMF-na borcun olub-olmaması barədə arayış.

Təkliflərin son təqdim edilməsi günü 29 iyul 2020-ci il tarixədəkdir.

Təkliflər Azərbaycan dilində təqdim edilməlidir. AZ-1022, Bakı şəhəri, Mərdanov qardaşları 99A. Əlaqə telefonu: 050-330-93-33.