İqtisadiyyat Nazirliyinə məxsus "Sumqayıt Kimya Sənaye Parkı" MMC 2019-cu ildəki maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Fins.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "RSM Azerbaijan" MMC-dir.
Qalib şirkətə 22 274 manat ödəniləcək.