Təşkilatın adı: "AZƏRPOÇT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
Təşkilat VOEN: 9900037711
Təşkilatın ünvanı: Bakı şəhəri, Ü.Hacıbəyov,72
Tender predmeti: ATM-lərə təmir və proqram təminatı xidməti
Tenderin adi: ATM-lərə təmir və proqram təminatı xidməti
ATM-lərə təmir və proqram təminatı xidməti
Başlıq | Açıqlama | Miqdar | |
---|---|---|---|
Windows 7 platformasında Monitoring sisteminin quraşdırılması (proqram təminatının texniki dəstəyi ilə birlikdə). NCR. (6622 /6625 /6626 /6634) xüsusi istifadəçi adı və şifrəsi vasitəsilə yalnız ATM-in müvafiq yaddaş diski görünməli, TƏHLÜKƏSİZLİK parametrləri təmin olunmalı, ATM-lərdə əməliyyat jurnalının elektron qeydiyyatı təmin edilməli, videomüşahidə görüntüləri (video və şəkil) və elektron əməliyyat jurnalının məsafədən izlənilməsi, arxivləşdirilməsi, götürülməsi təmin edilməlidir. Proqram təminatının açarları Azərpoçta təqdim edilməlidir. minimum 1 il zəmanət | xidmət | 63 | ədəd |
Bankomatın kart oxuyucu qurğusuna kənardan müdaxilə edilməsinin qarşısını alan - aktiv anti skimminq quraşdırılması; NCR (6622 /6625 /6626 /6634) Cihaz kart məlumatlarının oğurlanması (kopiyalanması) üçün quraşdırılmış kənar cihazların işinə müdaxilə etməli və kart məlumatlarının oğurlanmasının qarşısını almalıdır. Məhsulun sertfikatı olmalıdır. Cihaz ATM-ə daxil olan kartların fiziki xüsusiyyətlərinə, eləcə də maqnit lentinə və ya çiplərinə yazılmış məlumatlara dəyişiklik (müdaxilə) etməməlidir. Quraşdırılması zamanı ATM-in mövcud proqram təminatına uyğun olmalıdır. 5 il zəmanət | xidmət | 34 | ədəd |
ATM-lərdə və Ödəniş terminallarında aylıq abunə servisi. NCR ATM / SmartPay ödəniş terminalı. (6622 /6625 /6626 /6634) hər şey daxil olmaqla (proflaktika, ehtiyyat hissələri, sifarişin dəyəri və mövcud proqram təminatlarına texniki dəstək, fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri olan digər xidmətlər) ((63 ATM+20 ödniş terminalı ədəd) *12 ay) | 63 ATM+20 ödəniş terminalı 12 ay ərzində 996 ədəd avadanlıqlara il ərzin ümumi xidmət məbləği | 1 | il |
ATM-lərin Windows 7 platformasında proqram təminatı fəaliyyətinin təmin edilməsi (proqram təminatına texniki dəstək daxil olmaqla); NCR (6622 /6625 /6626 /6634), lisenziyalı əməliyyat sistemi və proqram təminatı olmalıdır. Sertfikat, lisenziya, admin parol, BIOS parol və digər şifrələr (açarlar) rəsmi şəkildə Azərpoçta təqdim edilməlidir. 1 il zəmanət. Zəruri halda MasterCardın sertfikasiya xərcləri Şirkət tərəfindən ödənilməlidir. ATM-də 2 Gb RAM surəti şirkət tərəfindən təmin edilməlidir. Prosses maksimum 2 ay ərzində tam yekunlaşmalı və Azərpoçta təhvil verilməlidir. | xidmət | 34 | ədəd |
34 ədəd ATM üçün Windows 7 platformasında dəstəklənən videomüşahidə sisteminin quraşdırılması (2 ədəd videomüşahidə kamerası, shutter və face / proqram təminatının texniki dəstəyi daxil olmaqla). NCR (6622 /6625 /6626 /6634) lisenziyalı proqram təminatı olmalı (təsdiqləyici sənədlər olmalıdır), minimum 6 ay yaddaşda saxlanılması təmin edilməlidir. Proqram təminatının açarları Azərpoçta təqdim edilməlidir. 1 il zəmanət. 29 ədəd ATM-də mövcud müşahidəsisteminin lisenziya müddətinin 1 illik uzadılması. | xidmət | 34 | ədəd |
ATM-in daxili proqram təminatının lisenziyalı antivirus proqramı ilə qorunması (proqram təminatının texniki dəstəyi ilə birlikdə). NCR (6622 /6625 /6626 /6634) Proqramın lienziyalı olmasını təsdiqləyən sənədlər və proqramın açarları (varsa digər şifrələr) Azərpoçta təqdim edilməlidir. 1 il zəmanət | xidmət | 34 | ədəd |
ÜSL kod (kateqoriya) -
Açıq tenderin başlama tarixi və vaxtı
15.05.2020 21:33
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı
09.06.2020 12:00
Tender təklifinin təqdim edilməsinin son tarixi və vaxtı
18.06.2020 12:00
Zərflərin açılış tarixi və vaxtı
19.06.2020 12:00
İştirak haqqı: 300 AZN
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə " düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:
ÇATDIRILMA YERİ
Respublika daxili
ÇATDIRILMA MÜDDƏTİ
sifariş əsasında yerində xidmət
ÇATDIRILMA ŞƏRTLƏRİ
DDP
ÖDƏNİŞ ŞƏRTLƏRİ
2 il ərzində hissə-hissə
Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN
TƏLƏB OLUNAN SƏNƏDLƏR
Tələb olunan sənədlər:
İxtisas göstəriciləri:
Qeyd olunmuş prosedurlar üçün mətn
TENDER TƏKLİFİ
Texniki təklif: 40 bal
Qiymət təklifi:: 60 bal
Qeyd olunmuş prosedurlar üçün mətn
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)
Tender təklifi: | 30 bank günü (zərflərin açıldığı tarixdən sonra qüvvədə olma müddəti |
---|---|
Təklifin təminatı: | 60 bank günü (təminatın qüvvədə olma müddəti (zərflərin açıldığı tarixdən sonra |
Tələb olunan iddiacıların sayı: 3
- • məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür; • satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • Kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.
- Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
- Elektron satınalma Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır
- Tender təklifləri, eləcədə bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Malgöndərənlər (podratçılar) Tender təkliflərini, eləcədə bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar)səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron İmzanın sahibi olmalıdır.
- Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (//etender.gov.az/laws) tanış ola bilərsiz.
- Malgöndərənlər (podratçılar) bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə satınalan təşkilata müraciət edərək ala bilərlər.
- Satınalan təşkilatın bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Bakı şəhəri, 27 dekabr 2001-ci il, № 245 – II Q) VIII fəslində və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır. Şikayətlər portal vasitəsi ilə təqdim olunur.
- Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə göndərilir. Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır. Nəzərdə tutulmuş müddət ərzində satınalma müqaviləsinin imzalanmaması həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir.
- Müəyyən edilməmişdir
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.
Açıq tenderin elektron şərtlər toplusunu 15.05.2020 21:33 tarixindən sonra əldə edə bilərsiniz.