TENDER

15 May

"Şahdağ Turizm Mərkəzi" 1 milyon manatlıq 2 tenderə yekun vurub

Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC sərnişinlərin daşınması, nəqliyyatın və ağır texnikanın icarəyə götürülməsi (1), eləcə də nəqliyyat vasitələrinin təmiri (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

Fins.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, hər iki tenderin qalibi “Stabil-E” MMC-dir.

Qalib şirkətə ümumilikdə 1,1 milyon manat ödəniləcək.