TENDER

20 Aprel

Mərkəzi Bank TENDER elan edir

Təşkilatın adı: AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI

Təşkilat VOEN: 9900071001

Təşkilatın ünvanı: AZ1014, Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90

Tender predmeti: Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün korporativ stil mallarının satın alınması

Tenderin adi: Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün korporativ stil mallarının satın alınması

Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün korporativ stil mallarının satın alınması

Başlıq Açıqlama Miqdar  
Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün korporativ stil mallarının satın alınması Topluya 1 №-li Əlavədə göstərilmiş spesifikasiyaya uyğun sifariş əsasında 1 il müddətində koorporativ məhsulların (bundan sonra – mallar) satın alınması. 1 il
 

ÜSL kod (kateqoriya) - 22458000-5 Sifarişli hazırlanan çap məhsulları,

Açıq tenderin başlama tarixi və vaxtı

21.04.2020 09:00

Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı

12.05.2020 15:00

Tender təklifinin təqdim edilməsinin son tarixi və vaxtı

21.05.2020 15:00

Zərflərin açılış tarixi və vaxtı

21.05.2020 15:00

İştirak haqqı: 50 AZN

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra "Asan Ödəniş et" düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:

ÇATDIRILMA YERİ

Bakı şəhəri R.Behbudov küçəsi 90

ÇATDIRILMA MÜDDƏTİ

1 il

ÇATDIRILMA ŞƏRTLƏRİ

DDP

ÖDƏNİŞ ŞƏRTLƏRİ

Əsas Şərtlər Toplusuna uyğun olaraq

Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN

TƏLƏB OLUNAN SƏNƏDLƏR

Tələb olunan sənədlər:
İddiaçının tam adı, nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, bank rekvizitləri
Təqdim olunmalıdır
Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
Təqdim olunmalıdır
İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı
Təqdim olunmalıdır
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış
Təqdim olunmalıdır
 
İxtisas göstəriciləri:
Satınalma prosedurunun başlanmasından əvvəlki 5 il ərzində iddiaçıların özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat
Təqdim olunmalıdır
İddiaçının müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyətinin dayandırılmaması barədə məlumat
Təqdim olunmalıdır
İddiaçıların son 2 (iki) il ərzində korporativ stil malların satışı sahəsində təcrübəsinin olması və əsas korporativ müştəriləri barədə məlumatlar. Son 2 (iki) il ərzində xidmət göstərilən müştərilərin adları və göstərilən işlərin açıqlaması
Təqdim olunmalıdır
 

Qeyd olunmuş prosedurlar üçün mətn

TENDER TƏKLİFİ

 

Texniki təklif: 20 bal

İş təcrübəsi və korporativ müştərilərin sayı
20
iddiaçıların son 2 (iki) il ərzində korporativ stil malların satışı sahəsində təcrübəsinin olması və əsas korporativ müştəriləri barədə məlumatlar və son 2 (iki) il ərzində xidmət göstərilən müştərilərin adları və göstərilən işlərin açıqlaması əsasında
 

Qiymət təklifi:: 80 bal

Qiymət təklifi
80
Təklifdə onun qüvvədə olması müddəti, qiymət təklifi, malların keyfiyyəti (texniki spesifikasiyası) və təqdim olunması müddəti, ödəniş şərtləri göstərilməlidir.
Tender təklifinin təminatı
-
Hər bir iddiaçı tender təklifinin təminatını verməlidir. Təklifin təminatı onun qiymətinin 1%-i məbləğində bu Topluya 2 №-li Əlavədə göstərilən bank qarantiyası formasında təqdim olunmalıdır. Tender təklifinin təminatı 24 avqust 2020-ci il tarixinədək qüvvədə olmalıdır.
Təklifin qüvvədə olma müddəti
-
Tender təklifi 09 iyul 2020-ci il tarixinədək qüvvədə olmalıdır.
Müqavilənin təminatı
-
 

Qeyd olunmuş prosedurlar üçün mətn

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)

Tender təklifi: 30 bank günü (zərflərin açıldığı tarixdən sonra qüvvədə olma müddəti
Təklifin təminatı: 60 bank günü (təminatın qüvvədə olma müddəti (zərflərin açıldığı tarixdən sonra
 
Ceyhun Səməndov
Böyük mütəxəssis
4931122
4931122

Tələb olunan iddiacıların sayı: 3

  • • məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür; • satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • Kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.
  • Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
  • Elektron satınalma Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır
  • Tender təklifləri, eləcədə bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Malgöndərənlər (podratçılar) Tender təkliflərini, eləcədə bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar)səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron İmzanın sahibi olmalıdır.
  • Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (//etender.gov.az/laws) tanış ola bilərsiz.
  • Malgöndərənlər (podratçılar) bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə satınalan təşkilata müraciət edərək ala bilərlər.
  • Satınalan təşkilatın bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Bakı şəhəri, 27 dekabr 2001-ci il, № 245 – II Q) VIII fəslində və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır. Şikayətlər portal vasitəsi ilə təqdim olunur.
  • Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə göndərilir. Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır. Nəzərdə tutulmuş müddət ərzində satınalma müqaviləsinin imzalanmaması həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir.
  • Müəyyən edilməmişdir
 
 
 

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

Açıq tenderin elektron şərtlər toplusunu 21.04.2020 09:00 tarixindən sonra əldə edə bilərsiniz