SOCAR öz fəaliyyətini təkmilləşdirmək üçün bir sıra sahələrdə tenderlər elan edir.
SOCAR “Azəriqaz” İstehsalat Birliyi boya və həllediciyə (LOT-1), həmçinin, fırçalara (LOT-2) olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi (29008-20) elan edir.
Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 07.04.2020-ci il, saat 17:30-a qədər Azərbaycan, ingilis və ya rus dillərində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.
SOCAR “Neftqaztikinti” tresti PMM-60 tipli maqnezium əsaslı qalvanik anoda olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi (№ 25012-20) elan edir.
Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 07.04.2020-ci il, saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində Satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Neft Kəmərləri” İdarəsinin AİB Sumqayıt NTS-də iki ədəd RVS-5000 m3-luq neft çəninin tikintisi (sif.11677)” işlərinin yerinə yetirilməsinə tələb olunan avadanlıq və mal materiallara olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi (13004-20) elan edir.
Bütün tenderlər üzrə göstərilmiş tarixdən gec edilmiş ödəniş və müraciətlərə baxılmayacaq.
Elanlar və satınalma predmetləri haqqında geniş məlumatı və əsas şərtlər toplusunu bu keçiddən əldə edə bilərsiniz.