Azərbaycan Mərkəzi Bankı (AMB) xəzinə infrastrukturunun fəaliyyətini və əskinasçeşidləyici sistemlərini istismarını təmin etmək məqsədilə tələbata uyğun qablaşdırma materiallarının, pulsayan maşınların və elektrikli yükqaldıranlar üçün akkumulyatorların satın alınmasına dair tender elan edib.
Fins.az-ın AMB-yə istinadən verdiyi məlumata görə, 3 lot üzrə elan edilmiş tender prosedurları 2 aprel saat 15:00-da dövlət satınalmalarının vahid internet portalında (//etender.gov.az) keçiriləcək.
İddiaçılar tender təkliflərini və təklifin bank təminatlarını 2 aprel, saat 14:00-dək, digər tələb olunan sənədləri isə 17 mart 2020-ci il, saat 18:00-dək portal vasitəsilə təqdim edə bilərlər.