TENDER

06 Fevral

“Azərsu” 823 min manatlıq server avadanlıqları alacaq

“Azərsu” ASC ilə “Ultra Technologies” MMC arasında müqavilə imzalanıb.

Fins.az xəbər verir ki, müqavilədə “Azərsu” ASC-nin daxili vəsaiti hesabına server avadanlıqları və ehtiyat hissələrinin satın alınması nəzərdə tutulub.

 

Müqavilənin məbləği 823 min 107 manatdır.

Bildirək ki, Ultra Technologies şirkəti 1999-cu ildə təsis edilmişdir.
Azərbaycan İT bazarında 16 ildən çox fəaliyyət göstərməklə bazarda lider şirkətlərdən birinə çevrilmiş şirkət İntel, HP, Microsoft, Oracle, Cisco və s. iri İT korporasiyaların rəsmi tərəfdaşıdır.