"İnnovasiya və Təchizat Mərkəzi" tenderinin qalibini açıqlayıb.
Fins.az xəbər verir ki, tenderin qalibi "ARAŞ" firması olub. 800 min 28 manat məbləğində tender müqaviləsi imzalanıb.
Tender “Tibb müəssisələrinin balansında olan tibbi və digər aparat və avadanlıqların texniki qüsurlu, sıradan çıxmış və sıradan çıxmaq üzrə olan ehtiyat və komplektləşdirici hissələrinin dəyişdirilməsi, aparat və avadanlıqların sazlanıb uyğun rejimlərə nizamlanması və sair cari təmir içlərinin satınalınması” keçirilib.