Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun məcburi köçkünlərlə bağlı tender nəticələrini açıqladı.
Fins.az xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Maştağa və Hovsan qəsəbələrində məskunlaşmış məcburi köçkünlər üçün yeni binaların tikintisi üçün elan etdiyi tenderlərin nəticələrini açıqlayıb. “Bakı Abadlıq Xidməti” ММC fondun iki böyük tenderini qazanıb. Şirkətin qazandığı tenderlərin ümumi məbləği 59 milyon 455 min 781 manatdır.
“Bakı Abadlıq Xidməti” ММC ilə “Maştağa qəsəbəsi, Zabrat-Pirşağı yolu, 3-cü km, 1-ci küçə, 9 ünvanında 2.76 ha ərazidə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tikintisi nəzərdə tutulan zəruri sosial-texniki infrastrukturu olan 576 ailəlik yeni yaşayış məhəlləsində 4 ədəd 9 mərtəbəli 54 mənzilli, 8 ədəd 9 mərtəbəli 45 mənzilli binaları, İnzibati bina, 100 yerlik uşaq bağçası və abadlıq işləri” üçün 38 milyon 934 min 598 manat;
“Bakı Abadlıq Xidməti” ММC ilə “Hovsan qəsəbəsi ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Hövsan qəsəbəsində zəruri sosial-texniki infrastrukturu olan 270 ailəlik yeni yaşayış məhəlləsində 6 ədəd 9 mərtəbəli 45 mənzilli binaların, 100 yerlik uşaq bağçasının tikintisi və abadlıq işləri”üçün 20 milyon 521 min 183 manat məbləğində
“ArchiCO” MMC ilə “Maştağa qəsəbəsi ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Zabrat-Pirşağı yolunun 3-cü km-də zəruri sosial-texniki infrastrukturu olan 576 ailəlik yeni yaşayış məhəlləsinin layihələndirilməsi üçün” 212 min 72 manat məbləğində müqavilələr bağlanılıb.
© FED