Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrolizinq” ASC 2018-2019-cu illərdəki fəaliyyəti ilə bağlı audit hesabatının hazırlanması məqsədi ilə kotirovka sorğusu elan edib.
Fins.az xəbər verir ki, kotirovka təklifləri dekabrın 29-na qədər səhmdar cəmiyyətinin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov küçəsi, 12 ünvanında yerləşən inzibati binasında qəbul olunur.
Təkiflərə dekabrın 30-da, saat 11:00-da baxılacaq və nəticə elan ediləcək.